Reklam: High Technic
hightechnic

Dünən Qədr gecəsi gerçəkləşdi – Özəl Foto

Min bir aydan xeyirli Qədr gecəsi Ramazanın 27-ci gecəsində özünü göstərdi

10555164_10203509310566151_1821348036_nDünən Qədr gecəsi olub. Bu barədə YENİCAG.AZ-a məlumat verən dindarlar bildiriblər ki, dünənki gecədə Qədr gecəsinin bütün əlamətləri mövcud olub. Belə ki, cümə gününə təsadüf edən Ramazan ayının 27-ci gecəsi barədə rəvayətlər mövcuddur.

Məsələn, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ubey İbn Kəb (Allah ondan razı olsun) Belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır.”

Bu səbəbdən də Qədr gecəsinin əlamətləri aşağıdakı kimidir:

-Həmin gecə sakitlik, əmin-amanlıq olur.

-Möminin qəlbi rahat olur.

-Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”.
(əl-Qədr surəsi 5-ci ayə).

-Həmin səhər günəş şüasız olaraq çıxır.

Dünən günəşin doğmasını izləyən dindarlar ağ və şüasız günəşi görüblər.

Bu səbəbdən də hesab olunur ki, dünən gecə həqiqi Qədr gecəsi olub.

www.yenicag.az

107