Dünən qəza qurbanı olanların sayı açıqlandı

Ötən gün, fevralın 17-də yol qəzalarında 7 nəfər ölüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.