!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünən Türkiyə gözəli seçildi, bu gün tacı əlindən alındı - Şok səbəb

!Reklam – Yazi

“Miss Turkey 2017” yarışmasının qalibi Itır Esenin birinciliyi ləğv olunub.

Yenicag.az xəbər verir ki, buna səbəb kimi onun sosial şəbəkədə 15 iyulla bağlı yazdığı ifadələr göstərilib. Belə ki, müsabiqənin təşkilatçıları paylaşımın birbaşa Itır Esen tərəfindən edildiyini dəqiqləşdirib:

“Təəsüflə qeyd etmək istəyirik ki, bu tweetin Itır Esen tərəfindən atılması təsdiqlənib. Məqsədi Türkiyəni dünyada tanıtmaq və ölkəmizin imicini ifadə etmək olan Miss Turkey müsabiqəsinin belə bir paylaşımı qəbul etməsi mümkün deyil.”

Qeyd edək ki, bu hadisədən sonra ikinci seçilən Aslı Üsmen birinci, üçüncü olan Pınar Tartan ikinci, dördüncü sırada qərarlaşan Yasemin Çoklar isə üçüncü yerə layiq görülüb.

Yeni nəticələrə görə, Türkiyəni Çin Xalq Cumhuriyyətində keçiriləcək “Miss World” müsabiqəsində Aslı Ümen, ABŞ-da keçiriləcək “Miss Universe”də Pınar Tartan, Polşada keçiriləcək “Miss Supranational”da isə Yasemin Çoklar təmsil edəcək.

www.yenicag.az

4312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv