!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dünəndən indiyə qədər 130-dan çox təkan olub" - Qurban Yetirmişli

!Reklam – Yazi

Bu gecə İsmayıllıda baş verən zəlzələ nəticəsində yaranan çatlar tikinti normativlərinə uyğun olmayan, keyfiyyətsiz materiallarından istifadə edilən tikililərdə qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişlinin sözlərinə görə, dünən Azərbaycanda iki hiss edilən zəlzələ olub. Onların birincisi 5, ikincisi 6 bal gücündə olub:

“6 bal gücündə olan ikinci təkan insanları daha çox təşvişə salıb. Həmin zəlzələlər zamanı ərazidə güclü enerji boşalması gedib. Bu, o deməkdir ki, orada artıq 6 baldan güclü zəlzələ ola bilməz. Hiss edilən zəlzələ ola bilər, amma artıq güclü zəlzələ ola bilməz”.

Şamaxı-İsmayıllı bölgəsinin tarixən seysmoloji baxımdan aktiv olduğunu xatırladan Q.Yetirmişli əlavə edib ki, dünəndən indiyə qədər 130-dan çox xırda təkan olub:/Trend/

www.yenicag.az

1464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv