!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya Axıska Türkləri Birliyinin rəhbəri Ulu öndərin məzarını ziyarət edib - FOTOLAR

!Reklam – Yazi

Azərbaycanda səfərdə olan Dünya Axıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanov bu gün Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Yenicag.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Ziyatdin Kassanov həmçinin xalq şairi Zəlimxan Yaqubun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub. Çıxış edənlər söz-sənət aləmində hər zaman onun yerinin göründüyünü, gənc qələm nümayəndələrinə daim qayğı göstərdiyini bildiriblər. Zəlimxan Yaqubun daima qəlblərdə yaşayacağı vurğulanıb.

www.yenicag.az

1850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv