Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı məlumatlandırma kampaniyası başladı

Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsinə dair məlumatlandırma xarakterli kampaniyaya start verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Artıq paytaxt Bakıda və Şuşa istiqamətində yollarda qurultayın başlanması ilə bağlı lövhələr yerləşdirilib.

Lövhələrdə Şuşanın görüntüsü fonunda V Qurultay barədə qısa məlumat və şüarlar əks olunub.