Dünya Bankı Azərbaycanın “yaşıl” inkişafını dəstəkləyir

Dünya Bankı (DB) Azərbaycanın “yaşıl” və davamlı gələcəyini dəstəkləyir.

Yenicag.az xəbər verir ki, bunu çərşənbə günü DB-nin Azərbaycan üzrə regional meneceri Sara Maykl “Azərbaycan: yaşıl inkişaf yolunda” hesabatının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, hesabatda ölkə iqtisadiyyatının uzunmüddətli inkişaf perspektivləri və Azərbaycanın qalıq yanacağa əsaslanan inkişafdan uzaqlaşması, “yaşıl”, dayanıqlı iqtisadi modelə keçməsinə kömək etmək üçün tövsiyələr diqqət mərkəzindədir.

S.Maykl, həmçinin, qeyd edib ki, dekabrın 8-də Azərbaycanın iqtisadi artımının sürətləndirilməsinə yönəlmiş ölkə üzrə iqtisadi memorandumu imzalanacaq.