Dünya Bankı Türkiyəyə 1,78 milyard vəsait ayırdı

Dünya Bankı Türkiyəyə 1,78 milyard dollar ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun bəyanatında qeyd edilib.

“Fəlakətin miqyasını qiymətləndirmək, bərpa və yenidənqurmayla bağlı prioritet sahələri müəyyən etmək üçün zərərin sürətli qiymətləndirilməsinə başlanılıb”, – deyə bəyanatda bildirilib.

Qurumdan vurğulanıb ki, müvafiq vəsait dəhşətli zəlzələ və afterşoklardan sonra yaranmış vəziyyəti aradan qaldırmaq üçün aparılan xilasetmə və bərpa işlərinə sərf olunacaq.