Dünya Bankından BƏYANAT – Bu ölkənin artım proqnozunu aşağı saldı

Dünya Bankı 2023-cü il üçün Çin iqtisadiyyatı üçün artım gözləntisini 4,5 faizdən 4,3 faizə endirib.

Yenicag.az “Sözçü”yə istinadən bildirir ki, açıqlamada daxili və xarici şərtlərin Çində iqtisadi görünüşün zəifləməsinə səbəb olduğu bildirilib.

Nəticədə Çin iqtisadiyyatının bu il 2,7 faiz, gələn il isə 4,3 faiz böyüməsinin gözlənildiyi bildirilib.

Bəyanatda deyilir ki, məşğulluq subsidiyaları və ictimai iş proqramları gənclərin məşğulluğuna qısamüddətli dəstək verir. Bəyanata görə, yalnız qısamüddətli tədbirlər gənclərin bacarıqlarının gücləndirilməsi, əmək bazarının mobilliyinin təkmilləşdirilməsi, informasiya asimmetriyalarının aradan qaldırılması və əmək bazarı statistikasının gücləndirilməsinə təkan verə bilər.

Gülşən