!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya Bankının prezidenti istefa verdi

!Reklam – Yazi

Dünya Bankının prezidenti Cim Yen Kim yanvar ayının sonlarında istefaya gedəcəyini bəyan edib. Bu vəzifəni təşkilatın baş direktoru Kristalina Georgiyeva icra edəcək.

Yenicag.az xəbər verir ki, Dartmut kollecini bitirən Cim Yen Kim ABŞ Prezidenti Barak Obama tərəfindən Dünya Bankının rəhbəri təyin edilib və 2012-ci il iyulun 1-dən 5 il müddətinə vəzifəsinin icrasına başlayıb. Cim Yen Kimin yeni iş yeri hələ açıqlanmır. Məlum olan yalnız onun inkişaf etməkdə olan ölkələrin infrastrukturuna investisiya qoymaqla məşğul olan şirkətdə fəaliyyət göstərəcəyi məlumdur.

Səlahiyyət müddətinin başa çatmasına təxminən 3 il qaldığı vaxt Kimin gözlənilməz istefası Prezident Donald Tramp administrasiyası ilə ABŞ-ın Dünya Bankına təsirindən şikayətlənən ölkələr arasında qızğın mübarizəyə gətirib çıxara bilər. Kimin daimi xələfi barədə qərar Dünya Bankının Direktorlar Şurası tərəfindən müəyyən ediləcək. Birləşmiş Ştatlar mənzil-qərargahı Vaşinqtonda yerləşən Dünya Bankının ən iri səhmdarıdır. 189 üzv ölkəni birləşdirən Dünya Bankı inkişafın maliyyələşməsinin ən böyük mənbəyi olmaqla, bütün dünya üzrə layihələrə ucuz kreditlər təklif edir./Azərtac/

www.yenicag.az

9115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv