Dünya bazarında avro bahalaşır

Dünya bazarında neftin qiymətində 0,4 faiz ucuzlaşma baş verib.

Yenicag.Az xəbər verir ki, hazırda qlobal birjalarda neft 56.81 dollara satılır. S&P 500 indeksi isə ötən həftə boyunca dəyərdən düşsə də bu həftədən yenidən bahalaşmağa başlayıb. Hazırda 2297.42 dollarla ticarət olunur. Bu isə 0,7% bahalaşma deməkdir.

Qızılın qiymətində artım isə 0,1% təşkil edir və hazırda qızıl 1220.8 dollara satılır. Dollar rubla nisbətdə ucuzlaşmağa davam edir. Həftənin ilk günü dollar 0,7% ucuzlaşıb. Eyni zamanda avro da dollara nisbətdə 0,24 faiz möhkəmlənib. Yeganə Azərbaycan manatı yenə də ucuzlaşmaqda davam edir və bu düşmə tendesiyası rəqəmlə ifadədə 0,46% təşkil edib.

Yenicag.Az