!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya bazarında bahalaşan neftin TƏSİRİ: "Dollar dəyərini itirir"

!Reklam – Yazi

“Yaxın aylarda neftin qiymətinin 90 dollara qədər artması gözləniləndir”.

Bu sözləri dünya neft bazarında qiymətlərin son üç ilin ən yüksək həddə çatmasına münasibət bildirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professora görə, dünya neft bazarındakı qiymət artımı bir sıra amillərlə bağlıdır:

“Son bir ildən artıq müddət ərzində dünya iqtisadiyyatında dollar kütləsinin kəskin şəkildə artımı baş verib. Bu, bütün aktivlərin qiymətinin artımını şərtləndirir. Ümumilikdə dollar kəskin şəkildə dəyər itirməkdədir. ABŞ-dakı sənaye inflyasiyasının real göstəricilərinin 20 faizə yaxınlaşması bunu açıq şəkildə göstərir. Bu baxımdan dünya bazarında neftin qiymətinin artımı dolların dəyərdən düşməsi kimi dəyərləndirilə bilər”.

Azərbaycan neftinin dünya bazarındakı ümumi vəziyyətinə də toxunan Elşad Məmmədova görə, istənilən halda qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir:

“Ölkənin büdcə daxilolmalarının neftdən asılılığının yüksək səviyyədə olması neft ixracından əldə olunan dollar kütləsinin artımına şərait yaradır. Lakin idxalın da artacağı gözləniləndir. Çünki idxal dollarla həyata keçirilir. Mövcud vəziyyətdə dünya bazarında dollarla olan məhsulların qiymətinin kəskin bahalaşması müşahidə olunur. Belə olan halda idxalda da artım olacaq. Fikrimcə, bu ilin sonu və gələn ilin əvvəlinə kimi neftin qiyməti bir qədər də bahalaşacaq. Çünki dollar devalvasiyası bu valyutanın dünya bazarında bütövlükdə dəyərdən düşməsini və neftin qiymətinin artmasını şərtləndirəcək. Bütün hallarda Azərbaycanda reallaşdırılan qeyri-neft və qeyri-xammal sahələrinə sərmayələrin yerləşdirilməsinin aktuallığı ilə bağlı olan məsələlər gündəlikdə qalır. İqtisadiyyatın şaxələndirilməsi mütləq şəkildə həyata keçirilməlidir. Nəticədə neftin enerji daşıyıcısı kimi önəmi xüsusən də Avropa bazarında azalacaq. Digər tərəfdən isə neftdən əldə olunan dollarla ifadə olunan maliyyə resurslarının inflyasiya nəticəsində ölkəyə daha az iqtisadi fayda verəcəyi açıq şəkildə görünür”.

Gülşən Şərif

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv