Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünya bazarında neft kəskin ucuzlaşır: Tələb niyə azalır?

“Delta ştammı artıq inkişaf etmiş ölkələrin, o cümlədən Birləşmiş Ştatların iqtisadiyyatına neqativ təsir göstərməkdədir”.

Yenicag.az xəbər verir ki, bunu neftin qiymətinin kəskin ucuzlaşmasına münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov qeyd edib.

Deputatın sözlərinə görə, ucuzlaşma OPEC+ Alyansının hasilatla bağlı qərarı və koronavirus infeksiyasının yeni dalğasının yayılması ilə bağlıdır:

“Ötən gün neft yalnız bir gündə 8 faizə yaxın dəyər itirdi. Artıq “Brent” markalı neftin bir barelinin qiyməti 67 dollardan ucuz təklif olunur. OPEC+ Alyansı gələn aydan etibarən hasilatı aylıq 400 min barel artıraraq 2022-ci ilində sonundak pre-pandemiya dövrünün hasilat səviyyəsinə çatdırmaq niyyətindədir. Bazara proqnozlaşdırılandan daha çox neftin çıxarılması gözləntisi qiymətlərə təsirsiz ötüşmür. Eyni zamanda qlobal vaksinasiya səviyyəsinin artmasına baxmayaraq, bir sıra ölkələrdə Delta ştammı səbəbindən yeni dalğalar müşahidə olunur. Delta ştammı artıq inkişaf etmiş ölkələrin, o cümlədən Birləşmiş Ştatların iqtisadiyyatına neqativ təsir göstərməkdədir. Dow indeksində bu həftə müşahidə olunan kəskin eniş məhz virus səbəbindən beynəlxalq hava yolları şirkətlərinin səhmlərinin dəyərindəki azalmalar ilə bağlı oldu.

Ötən həftə dünya üzrə yoluxma sayında kəskin artımlar müşahidə edilib. Yola saldığımız həftə əvvəlki həftəyə nisbətən yoluxma sayı Almaniyada 65 faiz, ABŞ-da 50 faiz, Birləşmiş Krallıqda 42 faiz, İspaniyada 80 faiz, Fransada 2.16 dəfə İtaliyada 2.1 dəfə artıb. Qlobal yoluxma sayında isə həmin müddətdə 16 faiz artım qeydə alınıb”.

Vüqar Bayramov hesab edir ki, Delta ştammı da qlobal yoluxma sayına birbaşa təsir göstərir və artıq bəzi inkişaf etmiş ölkələrin rəhbərləri əhalini “özünü-təcridə” keçməyə səsləyib:

“Bütün bunlar isə neftə olan tələbi azaldır. Bu baxımdan bir tərəfdən hasilatın yəni, təklifin artması gözləntisi, digər tərəfdən isə tələbin azalması neft bazarında volatilliyi yüksəldib. Son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Neftin indiki qiyməti məqbul hesab olunsa da, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır. Bütün hallarda Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

Gülşən Şərif

www.yenicag.az

227
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100