Qlobal bazarlar yeni həftəyə iqtisadi xarakterli qeyri-müəyyənliklər səbəbindən neqativ tempdə başlayıb.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, ötən həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iqtisadiyyatda “yumşaq eniş”lə bağlı proqnozlarına baxmayaraq, Çində açıqlanan neqativ makroiqtisadi göstəricilər FED-in bazarlarda yaratdığı nikbinliyi azaldıb.
Həmçinin Yaxın Şərqdən gələn xəbərlər də aktiv qiymətlərinə təsir göstərməkdə davam edir.
İsrail Silahlı Qüvvələri Baş Qərargahının rəisi Herzi Halevi dünən verdiyi açıqlamada 4 günlük “humanitar atəşkəs”in ardından hücum əməliyyatlarının yenidən bərpa edilmə planını təsdiqlədiyini bildirib. Bu amil bazarlardakı mənfi tendensiyaları əhəmiyyətli dərəcədə artırıb.
Analitiklər FED sədri Cerom Povellin bu həftə verəcəyi açıqlamaların diqqət mərkəzində olacağını qeyd edir.