Dünya bazarlarında neft bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 1,13% artaraq, 1 barelə görə 77,12 dollar təşkil edib.

Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,45% artaraq, 72,87dollara bərabər olub.