Dünya bazarlarında neft cüzi ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-cü ilin oktyabr müqaviləsinin dəyəri 0.05% azalaraq 1 barelə görə 84.38 dollar təşkil edib.

Yenicag.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.09% azalaraq, 80.03 dollar olub.