Dünya bazarlarında neft ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,54% azalaraq 1 barelə görə 82,8 dollar təşkil edib.

Yenicag.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,55% azalaraq, 79,19 dollar təşkil edib.