ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 2,49% artaraq 1 barelə görə 88,99 dollar təşkil edib.
Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,89% artaraq, 86,05 dollar olub.