Dünya bazarlarında neftin qiyməti cüzi bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-ci ilin sentyabr müqaviləsinin dəyəri 0.02% artaraq 1 barelə görə 79.46 dollar təşkil edib.

Yenicag.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.1% artaraq, 75.36 dollar təşkil edib.