Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Yenicag.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar ucuzlaşaraq 72,46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar geriləyərək 62,77 dollar olub.