Dünya birjalarında neft bahalaşıb.
Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,66 dollar və ya 0,89% artaraq 74,60 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,66 dollar və ya 0,85% artaraq 77,96 dollar təşkil edib.
Azərbaycan nefti “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,3 dollar və ya 1,61% azalaraq 79,23 dollar təşkil edib.