Dünya birjalarında neft bahalaşıb.
Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar və ya 0,29% artaraq 68,77 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,24% artaraq 74,87 dollar təşkil edib.