Dünya birjalarında neftin son qiyməti

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Yeniçağ.Az xəbər verir ki, ICE london qitələrarası birjasında Brent markalı neftin dəyəri 0.08 dollar və ya 0.16% azalaraq 49.26 dollar dəyərində qərarlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri 0.10 dollar və ya 0.22% ucuzlaşaraq 46.33 dollara bərabər olub. İtaliyanın “Eni” şirkəti 2017-ci ildə “Rosneft”lə birgə Qara dəniz şelfində qazma işlərinə başlamağı planlaşdırır.

Fransanın “Total” şirkəti isə “Yamal LNG”də iştirakını davam etdirir.

 

Yeniçağ.Az