!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya bu körpənin ölümündən danışır - Növbəti "Aylan faciəsi"

!Reklam – Yazi

Myanmada Arakan müsəlmanlarına qarşı vəhşilik nəticəsində bu ölkədən qaçıb canını qurtarmağa çalışan insanların sayı hər gün artır.

Yenicag.az xəbər verir ki, qonşu Banqladeşə girməyə çalışan müsəlman bir ailənin uşağı Naf çayını keçərkən faciəvi şəkildə həlak olub. Onu və ailəsini daşıyan qayığın batması sonda körpənin ölümü ilə nəticələnib. Həyatını itirən uşağın fotoları qısa zamanda sosial şəbəkələrdə, eləcə də dünya mətbuatında görüntülənməyə başlayıb.

Bu uşağın ölümündən görüntülər ötən il Suriyadan Türkiyəyə keçərkən gəminin batması nəticəsində dənizdə boğulan 3 yaşlı Aylan faciəsini xatırladıb. Çünki suriyalı körpənin sahildə tapılan cəsədinin görüntüləri myanmalı uşağın fotosu ilə çox oxşardı.

Qeyd edək ki, Arakanda son günlərdə 2 mindən çox müsəlmanın öldürüldüyü bildirilir. Onların əksərinin körpə uşaqlar və qadınlar olduğu da gələn xəbərlər arasındadı. Canını qurtarmaq üçün Banqladeşə sığınmağa çalışan müsəlmanlar bu ölkənin sərhəd qoruyucuları tərəfindən buraxılmır.

Yenicag.az

www.yenicag.az

1238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv