Dünya bu polislərdən danışır – Həbs edəcəkdilər, quldurlar onları xilas etdi – VİDEO

İspaniyada maraqlı hadisə yaşanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, narkotik qaçaqmalçılarını saxlamaq istəyən polis qüvvələri sonda cinayətkarlar tərəfindən xilas edilməyə məcbur qalıb.

Belə ki, İspaniyada polis narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupu saxlamaq üçün onların izinə düşüb. Qaçaqmalçıların gəmisi ilə toqquşmadan sonra polislər dənizdə boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Sonda onları elə cinayətkarlar xilas edib.

3 ton narkotik maddə ilə qaçmağa çalışan quldur dəstə isə saxlanılıb.