“Dünya çempionatı “bal ayı”ndan daha vacibdir” – Millinin futbolçusu

Avstraliyanın futbol üzrə yığmasının müdafiəçisi Coş Risdon dünya çempionatına görə “bal ayı”nı təxirə salıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, həyat yoldaşının bu qərarını tamamilə dəstəklədiyini qeyd edib:

“Toy qabağı artıq bizi nə gözlədiyini bilirdik. Odur ki “bal ayı”nı təxirə salmaq lazım gəldi. Ondan daha vacib nəsə varsa, bu, dünya çempionatıdır. Arvadım məni tamamilə dəstəklədi. O, “bal ayı”nı nəyə qurban verdiyimi başa düşür. Turnirdən sonra onunla birgə bir neçə həftə keçirəcəyik”.

Qeyd edək ki, 25 yaşlı Risdon 2015-ci ildən milli komandada çıxış edir.

Dünya çempionatının qrup mərhələsində Avstraliya yığması Fransa, Danimarka və Peruyla görüşəcək.

COP29