Dünya çempionatının ən gözəl qızı seçildi – FOTOLAR

Almaniyada “Miss World Cup 2018” gözəllik yarışması keçirilib.

Yenicag.az xəbər verir ki, “Miss Germany Corporation” tərəfindən keçirilən yarışmanın qalibi belçikalı Zoe Brunet olub.

O, 31 ölkədən yarışmaya qatılan 18-33 yaşlı iştirakçıların arasından birinci olub.

İştirakçılar podyuma milli komandanın forması, axşam libası, çimərlik geyimi ilə jürilərin önünə çıxıblar.

Qeyd edək ki, yarışmaya Səudiyyə Ərəbistanından iştirakçı qatılmayıb.