!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya çempionatının ilk qalibləri bəlli oldur

!Reklam – Yazi

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının ilk qalibləri bəlli olub.

Yenicag.az-ın məlumatına görə, çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar.

Kişilərin yarışında Böyük Britaniya təmsilçisi Bredli Sinden finalda Koreya Respublikasından olan taekvondoçu Ho-Jun Jinə qalib gələrək ikiqat dünya çempionu olub. Bürünc medalları isə özbəkistanlı Uluqbek Raşitov və İran idmançısı Matin Rezaei qazanıblar.

Azərbaycan təmsilçisi Cavad Ağayev mübarizəni 1/16 final mərhələsində dayandırıb.

Qadınların mübarizəsində isə 17 yaşlı Luana Marton dünya çempionu olub. Macarıstan idmançısı həlledici görüşdə Çia-linq Lonu (Çin Taypeyi) məğlub edib. Türk Hatice Kübra İlgün və braziliyalı Maria Klara Paçeko çempionatı üçüncü pillədə başa vurublar.

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında ikinci günün püşkünə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.

58 kq çəkidə dayan üzərinə çıxacaq Qaşım Maqomedov ilk mərhələdən azaddır. O, 1/32 finalda Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandamızın lideri Fəridə Əzizova (67 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Kristina Teaçot (ABŞ) – Justina Koşalkovska (Polşa) cütünün güclüsünü sınağa çəkəcək.

Sabah bu 2 çəki dərəcəsi üzrə, həmçinin qadınlarda 73 kq-da keçiriləcək döyüşlər saat 09:00-da başlayacaq.

Qeyd edək ki, mundialın ilk günündə kişilərdə 68 kq, qadınlarda 57 kq çəki dərəcəsi üzrə qaliblər müəyyənləşiblər.

Xatıladaq ki, ulu öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir./Report/

COP29

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv