IBF versiyası üzrə keçmiş Avropa və dünya çempionu Besar Nimani 38 yaşında öldürülüb.
Məlumata görə, veteran boksçu Almaniyanın Bilfeld şəhərində restorandan çıxarkən güllələnib. Nimani hadisə yerindəcə ölüb.
İdmançı 1985-ci ildə Kosovoda anadan olub, 1997-ci ildə Almaniyaya köçüb və sonra orada yaşayıb. 2011-2019-cu illərdə rinqdə keçirdiyi 27 peşəkar döyüşün 26-da qalib gəlib.
Qeyd edək ki, boksçu bundan əvvəl – 2013-cü ildə də Bilfeldin mərkəzində mübahisədən sonra atışmada dizindən və budundan yaralanmışdı.
Mənbə: sport.ua