Dünya çempionu intihar etdi – Dopinqə görə cəzalanmışdı

Qazaxıstanlı ağır atlet Vladimir Sedov intihar edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı idmançının meyiti Karatal rayonunun Dostıq kəndində tapılıb.

Sedov 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının iştirakçısı və 2009-cu ildə dünya çempionu olub.

Qeyd edək ki, Beynəlxalq Ağır Atletika Federasiyası 2008-ci il Pekin Oyunlarında Sedovdan iki dopinq aşkar etmişdi. Buna görə 2008-2016-cı illər arasında idmançının bütün ağır atlet titullarını ləğv edilmişdi.

COP29