Dünya çempionumuz Petek Dinçözün klipinə çəkildi – Video

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı kikboksinq üzrə dünya çempionu Mirzə Məmmədov olub.

Dünya çempionu Petek Dinçözün klipinə çəkilməsindən danışıb:

“Biz Kəmalə xanımın ad günündə İstanbula getmişdik. Mənim ayın 11-i biletim hazır idi, qayıtmalı idim. Klip çəkilişi isə ayın 12-də idi. Süfrədə olanda elə Petek xanım dedi ki, mən klipə səninlə çəkilmək istəyirəm. Bileti dəyişdik və elə oldu ki, ayın 12-də klipə çəkildik. Ssenari elə həmin gün süfrə arxasında dəyişdi. Klip 1 günə çəkildi. Səhər tezdən 08:00-da başladıq, saat 13:00-14-00 olardı çəkiliş bitdi. Ordan da çıxdım hava limanına gəldim”.