“Mançester Yunayted” Zlatan İbrahimoviçdən alınan xəbərlə sarsılıb.
Yeniçağ.az fanat.az-a istinadən xəbər verir ki, isveçli futbolçu uzun müddətə sıradan çıxıb.
İbrahimoviç “Anderlext”lə matçıda ağır zədə alıb. Məlumata görə, futbolçunun çarpaz bağları qırılıb. Bu səbəbdən onun 9 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm “Mançester Yunayted”in heyətində 46 rəsmi oyuna çıxıb və 28 qol vurub.
Yeniçağ.az