Dünya gözəli avtomobil qəzasında öldü

“Universe Beauty” gözəllik yarışmasının “Dünya gözəli” nominasiyasında 2018-ci ilin qalibi olmuş Saniyə Şakirova Qırğızıstanda yol qəzasında həlak olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən gecə yerli vaxtla saat 21:30-da, Balıçki-Ananyevo-Karakol şossesində baş verib.

Məlumata görə, sürücü idarəetməni itirdiyindən maşın maneəyə çırpılıb. Şakirova hadisə yerindəcə dünyasının dəyişib. Sürücü və digər sərnişin isə yaralanıb.

Şakirova martın 28-dən aprelin 4-nə qədər Vyetnamda keçirilən yarışmada qalib olmuşdu. 30 yaşlı xanımın üç uşaq anası olduğu bildirilir.