!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya karantini yenidən sərtləşdirmək məcburiyyəti qarşısında

!Reklam – Yazi

Koronavirus pandemiyasının inkişafı səbəbindən bir çox ölkədə yoluxma və ölüm hallarının artması yenidən sərt məhdudiyyətlərin tətbiqini həyata keçirməyə vadar edir. Bəzi dövlətlər karantin rejiminin ilk yumşalma mərhələsindən sonra məhdudiyyətləri hətta daha sərt formada tətbiq etməyə başlayırlar.

Koronavirusun yayıldığı ilk ölkə olan Çində yeni yoluxma halları müəyyən olunduqdan sonra lokal hərbi vəziyyət tətbiq olunub.

Qeyd edək ki, Çin hökuməti ölkənin şimal-şərqində, Rusiya ilə sərhəddə 34 nəfərin koronavirusa yoluxmasından sonra Çzilin əyalətinin bir sıra yaşayış məntəqələrində sərt karantin tədbirləri tətbiq edib.

Yayılan məlumatlarda bildirilir ki, ən çox yoluxmanın qeydə alındığı, 700 min nəfər əhalisi olan Şulan əyalətində ciddi məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirilib.

Əyalətin rəhbərliyinin açıqlamasında deyilir ki, koronavirusa yoluxmanın aşkar edildiyi kəndlərə və ya yaşayış məntəqələrinə heç kim daxil ola və tərk edə bilməz. Buranı tərk etmək istəyən hər kəs son 48 saatda verdiyi koronavirus testinin nəticələrini təqdim etməlidir. Bundan başqa, ailədən yalnız bir nəfər zəruri malları almaq üçün iki gündən bir evdən çıxa bilər.

Bölgədə koronavirus infeksiyasını Şulan şəhərinin ictimai təhlükəsizlik şöbəsindəki çamaşırxanada çalışan 45 yaşlı qadın yayıb. Həkimlər onun COVID-19-a yoluxduğunu mayın 7-də təsdiq ediblər. Lakin yoluxmanın mənbəyi şübhəli olaraq qalır. Çünki, son 73 gün ərzində qadın əyalətdən kənara çıxmayıb və virusa yoluxan şəxslərin heç biri ilə əlaqədə olmayıb.

Çin Dövlət Şurasının Baş nazirinin müavini Sun Çunlan vilayətə ezam edilib. O, yerli xəstəxanalara, icmalara baş çəkib, supermarket və aptekləri yoxlayıb. Qəzetin yazdığına görə, baş vermiş hadisə ilə əlaqədar olaraq vilayətin vəzifəli şəxsləri işdən azad edilib.

İran, İsrail, Braziliya və digər ölkələrdə də virusun yayım coğrafiyasının genişlənməsi və yeni yoluxma hallarının artması ilə əlaqədar karantin rejiminin sərtləşdirilməsi tədbirləri həyata keçirilir.

Dünyanın bir çox ölkəsi qarşısında duran problem ondan ibarətdir ki, karantin rejiminin kəskin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır. Bu baxımdan yeni sərtləşmə tədbirləri yeni yoluxma dalğasının aradan qaldırılmasına yönəlib.

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv