!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya kuboku – Olimpiya çempionu Bakıya gəlir

!Reklam – Yazi

Aprelin 28-də Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışı start götürəcək. Yeniçağ.az-ın AGF-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 3 gün davam edəcək yarışda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir.

Bu idmançılardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.
Milli Gimnastika Arenasına baş tutacaq Dünya Kubokuna qatılacaq millimizin heyəti də məlumdu. Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, ilk Avropa Oyunlarının gümüş, qitə çempionatının bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında qitə birinciliyinin gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatında qrup hərəkətləri komandasının tərkibində ikinci yeri tutan Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk 2 günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək.

Finallar isə turnirin son günü keçiriləcək.

3 gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Yarışlarda 2 qat dünya və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), qitə birinciliyinin üçüncüsü Nikol Zelikman (İsrail), həmçinin qrup hərəkətlərində Olimpiya Oyunlarının qalibi Rusiya, ikincisi İspaniya, üçüncüsü Bolqarıstan da iştirak edəcəklər.

Yeniçağ.az

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv