“Dünya liderləri ilə “WhatsApp”da belə yazışıram” – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədəki son durumla bağlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, dünya ölkələrinin Rusyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı atdığı addımların gecikdiyini vurğulayıb.

Dünya liderləri ilə yaxın təmasda olduğunu bildirən Zelenski, “Diplomatiya qaydalarını bir kənara qoyaraq onlarla (Dünya liderləri – red.) “WhatsApp”da belə yazışıram”, – deyib.