Reklam

Reklam

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

“Seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın üzləşdiyi sosial-iqtisadi və xarici siyasət problemlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir”, – təbrik məktubunda deyilir.

Vladimir Putin İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib və dövlətin birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib, bunun Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verdiyini vurğulayıb.

İran Prezidenti Həsən Ruhani də Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

H.Ruhaninin təbrik məktubunda deyilir:

“Sizi yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibəti ilə səmim qəlbdən təbrik edirəm. Bu seçim Sizin rəhbərliyiniz altında Azərbaycanının inkişafını xalqın dəstəkləməsini özündə əks etdirir”.

O bildirib ki, iki ölkənin liderləri Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsi prosesinə səylərini davam etdirəcəklər.

Moldova Prezidenti İqor Dodon da öz növbəsində  Prezident İlham Əliyevə öz təbriklərini çatdırıb.

Təbrikdə İ.Dodon seçkilərdəki qələbənin Azərbaycan xalqının İlham Əliyevin ölkənin inkişafı, sabitlik və cəmiyyətdə harmoniya istiqamətində siyasətinə inamını nümayiş etdirdiyini bildirib.

O, iki ölkə arasında konstruktiv dialoq və əməkdaşlığın ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə kömək göstərməyə davam edəcəyinə əminliyini söyləyib.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

G. Marqvelaşvili təbrikində iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib: “Dostum İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da davam edəcək”.

G. Marqvelaşvili İlham Əliyevə Azərbaycan xalqının sülh və rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdəki qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.

“Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan zövq alıram. Azərbaycan xalqı öz seçimi ilə bir daha Sizin rəhbərliyiniz altında həyata keçirilən, ölkənin davamlı rifahına və beynəlxalq arenada nüfuzunun gücləndirilməsinə yönəlmiş siyasətə yüksək inam nümayiş etdirib”, – təbrikdə deyilir.

E.Rəhmon vurğulayıb ki, Prezident İlham Əliyevin uzun illər ərzində göstərdiyi səylər sayəsində Azərbaycan sosial-iqtisadi inkişafda əhəmiyyətli irəliləyişlərə imza atıb.

O, Tacikistan-Azərbaycan əməkdaşlığının iki ölkənin maraqları baxımından daha da inkişaf edəcəyinə əminliyini söyləyib.

“Hörmətli İlham Əliyev, Sizə cansağlığı, xoşbəxtlik və dövlət idarəçiliyi fəaliyyətinizdə yeni uğurlar və dost Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram”, – E.Rəhmon bildirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 922
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."