!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya müharibə astanasında – ABŞ Rusiya sərhəddinə hərbi qüvvə toplayır

!Reklam – Yazi

tankABŞ-a məxsus yüzlərlə tank, yük maşını və digər hərbi sursatlar Almaniya ərazisində yerləşdirilib.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən bildirir ki, ümumilikdə, bu hərbi texnika və 2 800 silah-sursat Rusiyanın qonşuluğundakı NATO üzvü olan ölkələrə nəql ediləcək.

3 yük gəmisi ilə gətirilən hərbi texnika və sursatla yanaşı, 4 min Amerika əsgərinin də Avropaya yerləşdiriləcəyi bildirilir.

2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra Amerika və Polşa əsgərlərinin birlikdə hərbi təlimlər keçirməsi ilə bağlı qərar qəbul edilib.

NATO üzvü olan Almaniya, Kanada və İngiltərə də hər biri min əsgərdən ibarət taburu Estoniya, Latviya və Litvaya göndərib. Hərbi birləşmələrin fevral ayının əvvəlində Polşa, Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniya və Almaniyaya yerləşdiriləcəyi qeyd edilib.

Qeyd edək ki, hələ ki Rusiya bu hadisəyə münasibət bildirməyib.

Yeniçağ.az

www.yenicag.az

1301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv