Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatına (OAPEK) daxil olan 11 ərəb ölkəsi xam neft ehtiyatlarını birləşdirib. Toplam xam neft ehtiyatları 710 mlrd. barel təşkil edib.
Yeniçağ.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə Küveytdə neft-qaz istehsalı üzrə 24-cü forumda təşkilatın yüksək çinli məmuru məlumat verib. Bu isə dünya neft ehtiyatlarının 55,6 faizinə bərabərdir.
OAPEK-in qaz ehtiyatları toplam olaraq 54 trilyon kub metrdir ki, bu da ümumdünya təbii qaz ehtiyatlarının 22,7 faizini təşkil edir.
OAPEK 1968-ci ildə 11 ölkə arasında iqtisadi əməkdaşlığa yardım məqsədilə yaradılıb. Təşkilata Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Əlcəzair, Səudiyyə Ərəbistanı, Suriya, İraq, Qətər, Küveyt, Tunis, Liviya və Misir daxildir. Misir, Suriya, Tunis və Bəhreyndən başqa digər ölkələr həmçinin OPEK-in üzvüdür.
Yeniçağ.az