İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı daha qanlı mərhələyə qədəm qoyub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, BMT nəinki soyqırımı dayandıra bilməyib, hətta öz işçilərini də qoruya bilməyib: “Dünya Netanyahu adlı vampirin barbarlığını canlı izləyir. Qəzzada təkcə bəşəriyyət yox, Birləşmiş Millətlər Təşkilatının da canı öldü. İsrail Qəzzada insanlığı öldürdü. Avropa öz dəyərlərini məhv etdi, Avropanı Avropa edən bütün dəyərləri pozdu. İndi İslam dünyası üçün bir neçə sözüm var: ümumi qərar vermək üçün hələ nəyi gözləyirsiniz? Allah sizdən, hamımızdan hesab istəyəcək”.
Ərdoğan qeyd edib ki, İsrail beynəlxalq qanunlara tabe olmayana qədər heç bir dövlət, o cümlədən Türkiyə təhlükəsiz olmayacaq./unikal