Dünya ölkələrində ən qeyri-adi QADAĞALAR

Bəzi ölkələrdə insanların gündəlik həyatlarının ayrılmaz hissəsi hesab etdikləri hərəkətlər də qanun pozuntusu sayılır. Bu pozuntulara görə, vətəndaşlar müəyyən məbləğdə cərimə də ödəməli olur.

Yenicag.az dünya ölkələrində mövcud olan qeyri-adi cərimələr barədə məlumatı təqdim edir.

İtaliya

Avropada İtaliya qeyri-adi qadağalar üzrə liderdir. Kampaniya bölgəsinin Eboli şəhərində avtomobildə öpüşmək qadağandır. Buna görə 500 avro cərimə ödənilməlidir.

Venesiya çimərliklərində balıqqulqağı toplamağa görə 25-250 avro arasında cərimə ödənilməlidir.

ABŞ

ABŞ-ın Minnesota ştatında təkərlərin çirkli olmasına görə, cərimə 2 min dollar təşkil edir. Nyu-Cersi ştatının Fort-Li şəhərində isə sürücü ilə yanaşı, sərnişinlərin də avtomobil hərəkətdə olarkən sms yazması qadağandır. Buna görə, cərimənin məbləği 85 dollar təşkil edir.

Almaniya

Bu Avropa ölkəsində əsas avtomobil yollarında avtomobili hər hansı səbəbdən saxlamaq qadağandır. Eyni zamanda yolda piyada hərəkət etmək də olmaz. Buna görə cərimənin məbləği 100 avroya çata bilər.

İran

İran İslam Respublikasında qeyri-adi qadağa qalstuklarla bağlıdır. Belə ki, 1979-cu ildə İslam İnqilabı gerçəkləşəndən sonra ölkədə qalstuk taxmaq qadağan edilib. Ayətullah Xameneyi qalstuku Qərbin simvolu elan edərək onu taxmağı qadağan edən fətva vermişdi. Son illərdə qalstuk qadağası zəiflədiyi üçün 2012-ci ildə qərar bir daha qanun formasında təsdiqlənib. Qalstuk satan istənilən mağaza qısa müddətdə bağlanır.

Avstraliya

İnsanların bazar günü günortadan sonra ictimai yerdə çəhrayı şalvarda peyda olması qadağandır. Lampanı isə yalnız müvafiq təlim elektrik ustası dəyişə bilər.

Sinqapur

Sinqapurun əsas özəllikləri təmiz küçələrlə yanaşı,cəmirələrin bolluğudur. Ölkəyə saqqız gətirmək və çeynəmək 1992-ci ildə qəbul olunan qanunla qadağandır. Buna görə, cərimə 400 dollar təşkil edir. İctimai ayaqyollarında sifonu çəkməməyə görə isə cərimənin məbləği 500 dollardır.

Polşa

Metronun perronu yaxud pilləkənləri ilə qaçmağa görə, cərimə 25 avro təşkil edir. Şəhərətrafı qatarlarda isə kart oynamaq qadağandır.

Böyük Britaniya

Londonda səki ilə velosiped sürməyə görə cərimə 100 funt sterlinqə çatır. Sürücülərdən isə dayanacaqda 3 dəqiqədən artıq gözləyəcəkləri halda mühərriki söndürmək tələb olunur. Əks halda sürücü 120 funt sterlinq cərimələnəcək.

Tailand

Ölkədə kralın siması əks olunan əskinas və sikkə pulları tapdalamaq olmaz.

İspaniya

Mayorka adasında çimərlikdə quraşdırılan duşdan təyinatı üzrə istifadə etməməyə görə cərimənin məbləği 750 avrodur. Alkudiya çimərliyində isə musiqi alətində ifaya görə 300 avro cərimə gözlənilir.

Fransa

Parisdə 1910-cu ildən vağzallarda öpüşmək qadağandır. Bu addım qatarların hərəkətini gecikdirməmək üçün atılıb. Amma fransızlar qanuna demək olar ki, əməl etmir.

İrlandiya

Bu ölkədə maraqlı ənənələrdən biri hər il fevralın 29-da qadınların kişilərə evlilik təklif etmək hüququnun verilməsi ilə bağlıdır. Amma kişi qadına “yox” cavabı verərsə buna görə cərimə ödəməlidir./Modern.az/

COP29