!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya ölkələrində internetin sürəti: Azərbaycan 98-ci sırada - SİYAHI

!Reklam – Yazi

Dünya ölkələrində internet sürətinin reytinqi açıqlanıb.

Yenicag.az xəbər verir ki, dünyanın 196 ölkəsinin yer aldığı siyahıda Azərbaycan internetin sürətinə görə 98-ci sırada qərarlaşıb. Azərbaycanda internetin sürəti 5,7 Mbps-ə bərabərdir. Bu göstəriciyə görə Azərbaycan region ölkələri arasında Ermənistandan, Türkmənistandan və Tacikistandan öndə qərarlaşıb.

Ukraynada internetin orta sürəti 12,8 megabitə (Mbps) bərabər olub və siyahıda 37-ci ölkə olub.

Siyahıda Rusiya 11,8 Mbps ilə 44-cü sırada, Qazaxıstan 10,6 Mbps ilə 50-ci sırada, Belarus 9,8 Mbps ilə 52-ci sırada, Gürcüstan 8,8 Mbps ilə 61-ci sırada, Türkiyə 7,6 Mbps ilə 74-cü sırada, Rusiya 11,8 Mbps ilə 44-cü sırada, Ermənistan 5,2 Mbps ilə 103-cü sırada, İran 4,7 Mbps ilə 109-cu sırada, Türkmənistan 3,6 Mbps ilə 125-ci sırada, Tacikistan 2,6 Mbps ilə 151 ci sırada yer alıb.

Qeyd edək ki, internetin ən sürətli olduğu ölkə Cənubi Koreya hesab olunur. Bu ölkədə internetin orta sürəti 28,5 Mbps-ə bərabərdir. İnternetin sürətlinə görə dünya ölkələrinin ilk 5-liyinə Norveç (23,5 Mbps ), İsveç (22,5 Mbps), Honk Konq (21,9 Mbps) və İsveçrə (21,7 Mbps) daxil olub.

İnternetin ən zəif olduğu ölkələrin başında isə Mali dayanır. Malidə internetin orta sürəti 0,77 Mbps təşkil edir. Malidən sonra internetin ən zəif olduğu ölkə Komor adaları (0,82 Mbps) və Niger (0,83 Mbps) hesab olunur.

 

www.yenicag.az

2528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv