!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya ölkələrindən Avropa İttifaqına AXIN - Belarus “lider”dir

!Reklam – Yazi

Avropa İttifaqına (Aİ) mühacir axını ilə bağlı yeni məlumat açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yaxşı həyat arzusu ilə Aİ-yə axın edən miqrantların siyahısında Belarus irəli çıxıb.

Bu barədə danışan Aİ-nin daxili işlər üzrə komissarı İlva Yohanssonun sözlərinə görə, son 1 ildə Belarusdan gələn miqrantların sayında inanılmaz artım qeydə alınıb.

Onun sözlərinə görə, son ay ərzində Belarus-Litva sərhədindən 1600 nəfər keçib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 dəfə çoxdur.

Açıqlanan digər məlumata əsasən, yalnız iyul ayında Litva ilə sərhədi 800 nəfər qanunsuz yolla keçib. Onların bir qismi Konqo, Qambiya, Qvineya, Mali və Seneqal əsillidir.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv