Ölkələrin dövlət büdcəsində hərbi xərclərin həcmi ilə bağlı yeni siyahı tərtib olunub.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ümumilikdə 1 trilyon 686 milyard dollar təşkil edən qlobal hərbi büdcədə ən böyük “pay” ABŞ-yə məxsusdur.
142 ölkənin daxil edildiyi siyahının ilk 11-liyi aşağıdakı kimidir:
1. ABŞ – 611 (milyard dollar)
2. Çin – 178
3. Hindistan – 73
4. Almaniya – 57
5. Böyük Britaniya – 56
6. Yaponiya – 51
7. Səudiyyə Ərəbistanı – 48,5
8. Cənubi Koreya – 48
9. Fransa – 47,7
10. Avstriya – 42,7
10. Rusiya – 42,2
Azərbaycan 3 milyard dollarlıq hərbi büdcəsi ilə qeyd olunan siyahıda 92-ci yeri tutub.