Dünya ölkələrinin borcu REKORD HƏDDƏ – 188 trilyon

Dünyanın ümumi borcu 188 trilyon dollara çatıb.

Yenicag.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva deyib.

Onun sözlərinə görə, bu borc rekord həddə çatıb: “Dünyanın borcu – həm dövlətlərin, həm də özəl şirkətlərin – ümumilikdə 188 trilyon dollara çatıb. Bu da dünyanın ümumdaxili məhsulunun 230%-ni təşkil edir. Onun artmasının əsas səbəbkarı özəl sektordur. Belə ki, dünyanın ümumi borcunun üçdə ikisi özəl sektorun payına düşür. İnkişaf etmiş ölkələrin dövlət borcu II Dünya müharibəsindən bu yana ən yüksək səviyyəyə çatıb”.

O, dünya hökumətlərini bu göstəricinin azaldılması üçün bacardıqları hər şeyi etməyə çağırıb. Qeyd edib ki, belə olduqda ödəmələri təmin etmək daha problemli olacaq.

COP29