Dünya ölkələrinin ümumi HƏRBİ BÜDCƏSİ: Yeni REKORD

2021-ci ildə dünya ölkələrinin ümumi hərbi büdcəsində 0,7 faiz artım qeydə alınıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yeni statistikanı Stokholm Dünya Problemlərini Araşdırma Beynəlxalq İnstitutunun (SIPRIİ) məlumatlarına əsaslanan “Bloomberg” agentliyi yayıb.

Qeyd olunur ki, dünyada hərbi xərclərin artım tendensiyası Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasının, həmçinin Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin işğal etməsindən sonra başlayıb.

İnstitutun məlumatına görə, 2021-ci ildə dünya ölkələrinin ümumi hərbi büdcəsi 2020-ci illə müqayisədə 0,7 faiz artaraq 2,1 trilyon dollar təşkil edib.

Rusiyanın Ukraynaya qarşı bu il fevralın 24-də başladığı hərbi təcavüzdən sonra isə Avropa dövlətləri öz hərbi büdcələrini daha da artırmağı planlaşdırırlar.

Məlumatda bildirilir ki, 2021-ci ildə Avropa ölkələrinin ümumi hərbi büdcədə payı 20 faiz, dünya reytinqində 2-ci orduya malik Çininki isə 14 faiz olub.

Ötənilki hərbi büdcəsi 80 milyard dollar olan ABŞ-nin bu göstərici üzrə payı 39 faizə qədər yüksəlib. Maraqlıdır ki, ABŞ-də silah alışının həcmi azalsa da, hərbi tədqiqatlara ayrılan vəsaitin həcmi xeyli artırılıb.