!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya RƏQƏMSAL ÖDƏNİŞƏ keçir, bəs Azərbaycan? - AÇIQLAMA

!Reklam – Yazi

“Kriptovalyutalar iqtisadiyyatın şəffalaşdırılması üçün yeni mərhələdir”.

Bunu Azərbaycanda rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsini şərh edərkən “Blockchain Azərbaycan Mərkəzi”-nin həmtəsisçisi, Crypto Consulting şirkətinin rəhbəri Elnur Quliyev Yenicag.az-a açıqlamasında deyib.

O, kriptovalyutalara hüquqi qiymət verilmədiyi müddətcə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafının sual altında olacağını bildirib:

“Azərbaycanda yeganə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 3 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq.

Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır.

Ölkəmizdə ödəniş vasitəsi kimi alternativ metodların olması təbii ki, müsbət faktor olardı. Çünki bu, bir ödəniş mədəniyyəti və texnoloji yenilikdir. Hansı ki, iqtisadiyyatın şəffaflaşdılıması üçün yeni mərhələdir.

Nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib və ödəniş metodları texniki baxımdan iqtisadi subyektlər arasında interqrasiya edilməyəcəksə, ümumilikdə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafı sual altında olacaq.

Hesab edirəm ki, rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna həqiqətən ehtiyac var. Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ, Cənubi Koreya, Malta) və MDB ölkələrinin (Ukrayna, Belarus, Qazaxstan) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşt tədbirlləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək. Bu da öz növbəsində yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq.”.

Sadiq Cavadov

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv