Dünya şöhrətli maestro 400 illik skripkasını satır – VİDEO

Hollandiyalı məşhur dirijor və skripkaçı Andre Ryo koronavirus (COVİD-19) pandemiyasının davam edəcəyi təqdirdə 400-ə yaxın yaşı olan skripkasını satacağını bildirib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, 71 yaşlı Andre Ryo COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün kütləvi tədbirlərin, o cümlədən, konsertlərin qadağan edildiyini, bunun da musiqi aləminə böyük zərbə vurduğunu söyləyib.

Artıq bir ildir evdən çölə çıxmayan Ryonun ən böyük qorxusu isə bu çətin dönəmdə orkestrini qoruya bilməyəcəyidir. Dahi skripkaçı COVİD-19-la bağlı qadağaların davam edəcəyi halda “həyatımın bir hissəsi” adlandırdığı 400 illk “Stradivarius” skripkasını satacağını deyib.

Qeyd edək ki, Andre Ryonun bəhs etdiyi “Stradivarius” skripkasının qiyməti milyonlarla avro ilə dəyərində qiymətləndirilir.