Dünya tarixində ən KÜTLƏVİ TƏTİL – 250 milyon işçi qatılıb / VİDEO

Hindistanda rekord sayda işçinin qoşulduğu kütləvi tətil başlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda aqrar siyasət və əmək münasibətləri haqqında qəbul olunan qanunlara etiraz edən 10-a yaxın aparıcı Həmkarlar İttifaqının təşəbbüsü ilə bu gün ölkədə bir günlük tətil keçirilir.

Məlumata görə, tətilə müxtəli fəaliyyət sahələrini əhatə edən rekord sayda – 250 milyon işçi qoşulub.

Etirazçılar əmək hüquqlarının qorunması, qanunsuz özəlləşdirmələrə son qoyulması, məşğulluğun artırılması, sosial müdafiənin gücləndirilməsi və digər tələblər irəli sürüblər.

COP29