Dünya Ticarət Mərkəzində DƏHŞƏTLİ YANĞIN: Onlarla insan alovun içində qalıb – FOTOLAR / VİDEO 

Honq-konqda yerləşən Dünya Ticarət Mərkəzində yanğın baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 12:37-də qeydə alınan ilk yanğından yarım saat sonra yanğın təhlükəsi 3-cü səviyyəyə çatdırılıb. Yanğının şiddəti 5 olaraq dərəcələndirilir.

Yanğın baş veridyi binada olarla şəxsin alovların içərisində qaldığı bildirilir. Məlumata görə, 100-dən çox şəxs binanın 5-ci mərtəbəsində xilas edilməyi gözləyir.